Bankları necə sağlamlaşdırılmalı? - iqtisadçıdan hökumətə təklif
Ölçü:


Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var. Palatanın “axsayan banklar”ı müflis elan etməsi problemdən çıxış yolu deyil".

Koordinat.az
xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov "Facebook" səhifəsində yazıb.  Onun sözlərinə görə, iqtisadi çətinliklərlə üzləşən bankların sağlamlaşdırılması və konsolidasiya prosesinin dəstəklənməsi mütləqdir: "Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır. Hətta əmanəti bankdan götürməkdə belə çətinliklər yaranır. Təəssüf ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təklifimiz qəbul olunmadığından problemli kreditlərin həcmində artımlar davam edir. Vətəndaşlarımız da əmanətlərini yerləşdirən zaman yüksək faizə deyil, bankın maliyyə imkanlarına diqqət yetirməlidirlər”.

Vüqar Bayramov deyib ki, bütövlükdə 8 bankın sağlamlaşdırılmasına ehtiyac var. Ekspert  bir müddət əvvəl ABŞ təcrübəsindən istifadə edilməklə problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif etdik: "Qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu".

Vüqar Bayramov hesab edir ki, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsinin vacibdir. Onun sözlərinə görə, bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür: "Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər”.
15.12.2017 11:19:55
Oxuma sayı: 688