Yerevanda Rusiya hərbi bazasına qarşı aksiya
Ölçü:


Rusiyanın Yerevandakı səfirliyi qarşısında bir qrup vətəndaşın etiraz aksiyası keçirilib.

Koordinat.az xəbər verir ki, aksiyaçılar dekabrın əvvəllərində Gümrü şəhərində öldürülmüş qadının qətlində şübhəli bilinən Rusiya əsgərinin Ermənistana verilməsini tələb edirdilər. Aksiyanın təşkilatçılarından jurnalist Narine Mıkırıçyanbildirib ki, səfirlikdən aksiyaçıların qarşısına çıxan olmayıb: “Rusiya səfirliyindən heç kim qarşısımıza çıxmadı. Bizə mürəciətimizi poçt qutusuna atmaq təklif olundu. Bu fakt onu göstərir ki, Rusiya səfirliyi Ermənistan vətəndaşlarını dinləməyə hazır deyil. Rusiya səfirliyi və Moskva əmindirlər ki, Ermənistan vətəndaşları ilə eynilə Kalinqrad vilayətinin sakinləri ilə olduğu kimi rəftar etmək olar”.

Gümrüdə baş vermiş qəddar qətl hadisəsinin siyasiləşdirilməməsinə həm ölkənin baş naziri Nikol Paşinyan, həm də Rusiyanın Ermənistandakı səfiri çağırış ediblər. Lakin Narine Mıkırtçaynın fikrincə Gümrüdəki 102 saylı Rusiya hərbi bazası siyasi məsələdir: “Biz Ermənistanın yeni siyasi gündəliyini formalaşdırırıq. Bu bizim siyasi gündəliyimizin tərkib hissələrindən biridir. Bu Ermənistan vətəndaşlarının təhlükəsizliyi məsələsdir. Çünki biz Rusiya əsgərinin nə vaxt, harda və kimə rast gələrək cinayət törədəciyini bilmirik”.

Bu aksiyadan bir saat sonra Ermənistan Kommunist Partiyasının fəallarıRusiya səfirliyinə gələrək 102 saylı bazanın Ermənistana lazım olduğunu bildiriblər (Azadlıq radiosu).
26.12.2018 10:32:24
Oxuma sayı: 402