Nağdsız dövriyyə edən sahibkarlara vergi güzşətləri: həvəsləndirici addımdan necə faydalanmaq olar?
Ölçü:


Rövşən AĞAYEV,
İqtisadçı ekspert

Vergi Məcəlləsindəki yeniliklərdən biri də pərakəndə ticarət və ictimai iaşədə nağdsız dövriyyənin genişləndirilməsi üçün həvəsləndirici güzəştlərin tətbiqidir.

Məcəllənin 102.1.24 və 106.9-cu maddələrinə görə, qeyd olunan 2 sektor üzrə gəlir (həmçinin mənfəət) vergisinin ödəyiciləri olan subyektlər bu güzəştdən yararlana biləcəklər. Güzəşt həm fərdi sahibkarlara, həm də hüquqi şəxslərə aid olacaq.
Məcəllənin, 219.9-cu maddəsinə görə, sadələşdirilmiş vergi ilə çalışan pərakəndə ticarətçilər və restoran (kafe, yeməkxana və s.) şəbəkəsi də oxşar güzəştdən bəhrələnə biləcək.

Mexanizm belə olacaq: gəlir (mənfəət) vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olan subyektlərin POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər hesabına əldə olunan gəlirləri (dövriyyəsi) ayrıca hesablanacaq.

Həmin məbləğ üçün büdcəyə ödənilməli olan verginin məbləği müəyyən ediləcək və sonda köçürülməli olan verginin məbləği 25% azaldılacaq.

Sadə desək, sizin xərclər çıxılandan sonra rüblük gəliriniz (mənfətiniz) 1000 manat olub və onun yarısı (50%-i) nağsız dövriyyədir. Bu halda 500 manatlıq gəlir üçün 20% (mikro sahibkarlar üçün 5%) vergi öhdəliyiniz nə qədər olacaqsa, 25% sizə güzəşt olacaq. Məsələn, ödəyici mikrosahibkar statusuna malikdirsə, 500 manat həm manatlıq gəlir üçün 25 manat vergi hesablayacaq və bu məbləğin 6.25 manatı güzəşt ediləcək. Mənfəət vergisi ödəyicis olduda, 20%-lə 500 manat üçün 100 manatlıq vergi hesablanacaq və onun 25 manatı güzəşt ediləcək.

Oxşar stimullaşdırma istehlakçılar üçün də nəzərdə tutulub. Məcəllənin 165.5-ci maddəsinə görə fiziki şəxs olan istehlakçılar pərakəndə ticarət və ictimai iaşə sektorundan alınmış mallara görə ödənilmiş ƏDV-nin 10 və 15%-ni geri ala biləcək. Belə ki, ödənişi nağd aparıb kassa çeki alanlar ƏDV-nin 10%-ni, nağdız ödəniş etdikdə isə 15%-ni geri ala biləcək. Məsələn, nağdsız qaydada 100 manatlıq alış-veriş etmisiniz. Bunun 18 manatı ƏDV kimi hesablandığından, 2.7 manatı geri alacaqsınız. Yəni ümumi alış-verişdən 2.7% güzəşt qazanacaqınız.
Bu güzəşt neft və qaz məhsullarına aid deyil.

Əhali üçün nəzərdə tutulan həvəsləndirmə isə həmin 2 sektorda isethlakçıların dəstəyilə uçotsuz dövriyyənin qarşısını almağı hədəfləyir. Doğuracağı problemlər olmasa, müsbət yenilikdir.
Söhbət hansı problemlərdən gedir?

1) Bu dəyişiklilər əhalinin xırda ticarət obyektərinə axınını xeyli azalda bilər. Bu xüsusilə də əyalətlərə, əsasən də kənd yerlərinə aiddir. Çünki əyalətlərdə internet infrastrukturunun zəif olması, elektrik təsərrüfatının keyfiyyətinin aşağı olması POS-terminalların tətbiqi imkanlarını məhdudlaşdırır.

2) Əhalinin böyük bir hissəsinin nağdsız dövriyyə üçün bank kartlarına sahib olmaq imkanları məhddudur. Yəni gəlir statusu və texniki imkanları baxımından güzəştdən bəhrələnmək imkanı fərqli əhali qrupları üçün fərqlidir.

Xüsusilə də aztəminatlı, daimi gəliri olmayan, aşağı gəlirli əhali qrupu üçün bu imkan geniş deyil. Bəlkə yanılıram, sanki bu güzəştdən nisbətən təminatlı və yüksək təminatlı qruplar daha yaxşı bəhrələnmək şansına malikdir.
26.12.2018 10:16:33
Oxuma sayı: 881