Sarkisyanın qovduğu general Paşinyanın müşaviri oldu
Ölçü:


Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan general-mayor Arşak Karapetyanın Nazirlər Kabineti başçısının müşaviri təyin olunması barədə sərəncam imzalayıb.

Koordinat.az xəbər verir ki, bu barədə "Rusarminfo"  məlumat yayıb. Bildirilir ki, Arşak Karapetyan Nikol Paşinyan administrasiyasında təhlükəsizlik məsələlərinə nəzarət edəcək.

A.Karapetyan 2018-ci ilin fevralından indiyədək Ermənistanın Rusiyadakı səfirliyi yanında hərbi attaşe vəzifəsini tuturdu. Nəşr xatırladır ki, 2016-cı ilin aprelindəki Qarabağ döyüşləri vaxtı Karapetyan Ermənistan silahlı qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinə rəhbərlik edirdi və həmin hadisələrdən dərhal sonra tutduğu vəzifədən kənarlaşdırılmışdı. Onda Karapetyandan başqa, Baş Qərargahın digər vəzifəli şəxsləri də öz postları ilə vidalaşmalı olmuşdular.
18.12.2018 09:47:00
Oxuma sayı: 424