Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu
Ölçü:



Bir neçə dəqiqə öncə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ağır yol-nəqliyyat qəzası baş verib.

Koordinat.az
xəbər verir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, “Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil piyada keçidində dayanan iki qadınla iki gənc oğlanı vurub. Daha sonra isə digər minik avtomobili ilə toqquşub. Xəsarət alan piyadaların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polislər cəlb edilib.

Yaralı şəxslər 1 saylı Şəhər klinik Xəstəxanasına (Semaşko) aparılıblar.

Faktla bağlı araşdırma aparılır.
17.12.2018 19:05:00
Oxuma sayı: 277