Azərbaycan bankları barədə neqativ proqnoz
Ölçü:


"Moody-s" beynəlxalq reytinq agentliyi MDB ölkələri banklarının reytinq üzrə proqnozunu "stabil" olaraq qiymətləndirir.

Koordinat.az
xəbər verir ki, agentliyin yaydığı "Avropa bankları – 2018 Proqnoz" adlı hesabatda proqnozun stabil olmasının bu ölkələrdə əmtəə qiymətlərinin yüksək olması ilə əlaqələndirilir. Bildirilir ki, Azərbaycan banklarında depozitlərin yüksək dollarlaşması müşahidə olunur. "Bu isə milli valyutada likvidliyin çatışmazlığına səbəb olub".

Bankların maliyyələşmə perspektivlərinə gəlincə, agentlik bəyan edib ki, hazırda Azərbaycan banklarında depozit portfeli həssas və qeyri-stabildir. Eyni zamanda, banklar bahalı kreditlər cəlb etmək məcburiyyətində qalır ki, bu da onların maliyyələşmə imkanlarını məhdudlaşdırır".
14.12.2017 13:59:00
Oxuma sayı: 614