Putindən siyasi rəqiblərinə ismarıc: "Səs-küy salmaq yox, real təklif lazımdır"
Ölçü:


Rusiya Prezidenti Vladimir Putinin bu gün  1700-ə yaxın jurnalistin iştirak etdiyi 13-cü illik mətbuat konfransını keçirir.

Koordinat.az
xəbər verir ki, Putinin keçirdiyi mətbuat konfransına prezidentiyə namizəd olacağını bəyan edən məşhur teleaparıcı Kseniya Sobçak da qatılıb. Putin növbəti dəfə prezident olmaq istəməsi haqda suala belə cavab verərkən deyib ki, Rusiyanı müasir, çevik siyasi sistemə malik dövət kimi görmək istəyir: "Sosial sferaya diqqəti artırmaq, rusiyalıların gəlirlərini çoxaltmaq niyyətindəyəm".

Vladimir Putin siyasi rəqiblərində də ismarıc ünvanlayıb: "Müxalifət haqqında danışan zaman yalnız meydanlarda səs-küy salmaq yox, həm də nəsə təklif etmək vacibdir. Səs-küylü yox, real gündəmlər təklif etmək lazımdır".

14.12.2017 13:46:00
Oxuma sayı: 703