Sərnişin avtobusda öldü - Bərdədə
Ölçü:


Bərdə rayonunda sərnişin mikroavtobusunda naməlum kişi meyiti tapılıb.

Koordinat.az xəbər verir ki, meyit 3 saylı sərnişin mikroavtobusunda tapılıb. Ancaq meyiti tapılan şəxsin kimliyini müəyyənləşdirmək çox uzun çəkib. Yalnız hüquq-mühafizə orqanları işə qarışdıqdan sonra mikroavtobusda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Bərdə Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Əfəndiyev Habil Sabir oğlu olduğu müəyyənləşib. Onun  ölümünə səbəb ürək xəstəliyi olub.

Faktla bağlı araşdırma aparılır.
07.11.2017 22:38:17
Oxuma sayı: 241