Lukaşenkodan ŞOK: “Belarus və Rusiya ordusunu Qarabağa  yeritməyi təklif edirdik"
Ölçü:


Belarus prezidenti Aleksandr Lukaşenko ilk dəfə olaraq Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və Azərbaycana özü tərəfindən edilmiş təklifləri açıqlayıb.  

Koordinat.az
"İnterfaks"a istindən bildirir ki, bu barədə Lukaşenko rus KİV-ləri ilə görüşü zamanı bildirib. Məlumatı BELTA agentliyi yayıb.
Belorus prezidenti deyib ki, Qarabağ məsələsi KTMT-nin Yerevanda keçirlimiş sammitində o zamankı prezident Serj Sarkisyanla müzakirə edilib. O, Azərbaycan və Ermənistan prezidentlərini güzəştlərə gedərək bir yerdə problemi həll etməyə çağırıb.

Lukaşenko deyib ki, Belarus və Rusiya razılaşdırılmış qarantları təmin etmək üçün hərbi kontingenti yeritməyi vəd edib: “Sonra daha açıq dedim: “Qulaq as, onlar demişkən, 7 rayonu işğal etmisiniz. Mən və Putin  tarazlaşdırılmış mövqe tutumuşuq. Serj, bu 5 rayonu qaytar. Onların qaytarmamağın səbəbi nədir? Boş ərazilərdir. Serj deyir: əgər o rayonları qaytarsam azərbaycanlılar yolu bağlayacaqlar və Qarabağı tutacaqlar… Mən və Putin dəqiq vəd etdik ki, biz öz ordularmızı yeridəcəyik, buna imkan vermərik… O dedi: Yox, biz buna getməyəcəyik, istəmirik…”

Lukaşenkonun sözlərinə görə, Sərksiyanın mövqeyi onda böyük təəccüb doğurub: “Niyə istəmirlər? 5 rayon boş əraziyə çevrilib. Bu birinci addımdır. O zaman Azərbaycan da , Ermənistan da KTMT-də, Avrasiya İttifaqında olardı. Niyə ermənilər imtina elədilər? Yaxşı, Belarus və Rusiya qarant kimi çıxış edirdilər, deyirdik ki, əgər bu beş rayon azad edilsə orada heç bir müharibə olmayacaq.  Siz bu rayonların Azərbaycana aid olduğunu deyirsiniz. Bu ərazi axı, Qarabağ deyil”.

Lukaşenko münaqişənin sülh yolu ilə həllinin vacib olduğunu qeyd edib.
14.12.2018 16:21:18
Oxuma sayı: 512