“Hünər Qüllələri”ndən fəqli təklif - FOTOLAR
Ölçü:


Azərbaycan tikinti sektorunda öz fərqliliyi ilə seçilməyi hədəfləyən Huner Group yeni layihəsini təqdim edib.

Koordinat.az
xəbər verir ki, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldırmağı qarşısına məqsəd qoyan Huner Group bugünə qədər müxtəlif sahələrdə uğurlu işlərə imza atıb. Qeyd olunub ki, Bakının ən prestejli məkanında – Ağ Şəhər-də, dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşən “Hünər Qüllələri” layihənin önəmli tərkib hissəsini təşkil edir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4 əsas prospektə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasının olması daha bir üstünlük yaradır.

Heyranedici dəniz mənzərəsiylə müştərilərinin zövqünü oxşayacaq “Hünər Qüllələri” dünyaca məşhur şirkətlərlə əməkdaşlıq içərisindədir. Layihənin baş məsləhətçisi qismində mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKINS” (Böyük Britaniya) çıxış edib. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, məşhur “Foster+Partners” memarlıq şirkəti, ABŞ-ın “F+A Architects” arxitektura bürosu və 25 ildən artıq dizayn və mühəndislik təcrübəsinə sahib “URAL Engineering Co Ltd” şirkəti cəlb edilmişdir. Həmçinin interyer dizayn üzrə heyrətamiz işlərə imza atmış “Lala Akkiraz Interiors” şirkəti də tərəfdaşlar siyahısına daxildir.

“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi evinizdə olmasını xəyal etdiyiniz, lakin evinizə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaqlarınızın rahat şəkildə oynaması üçün uşaq oyun zalı, ailənizlə və dostlarınızla film izləyə biləcəyiniz xüsusi səs və görüntü sisteminə malik kinozal, içərisində musiqi istedadınızı üzə çıxara biləcəyiniz karaoke otağı, müxtəlif alətlərdə ifa edə biləcəyiniz musiqi otağı, özəl günlərinizi dostlarınız və ailənizlə birlikdə qeyd etmək üçün nəzərdə tutulmuş parti otağı, gənclərin vazgeçilməz əyləncəsi olan playstation otağı, qonaqlarınız gəldiyi zaman onları rahatlıqla yerləşdirə biləcəyiniz qonaq otağı, sağlamlığınızı qorumaq üçün fitnes salonu, qonaqlarınıza həm məharətinizi göstərə, həm də bişirdiyiniz təamları komforlu bir masa ətrafında süfrəyə təqdim edəcəyiniz, bütün növ avadanlıqlarla təchiz olunan özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, işini evdən bitirmək istəyənlər üçün düşünülmüş, bir neçə nəfərin rahat çalışa və mütaliə edə biləcəyi böyük iş otağı, binada yaşayan, həmçinin qonaq gələn şəxslərin xidməti avtomobillərinin sürücüləri üçün nəzərdə tutulmuş sürücü otağı və paltar yuma, qurutma, ütüləmə avadanlıqları ilə təchiz edilmiş camaşırxana daxildir. Mənzil sahibləri istifadə etmək istədikləri Flex otaqlarını mobil tətbiqetmə vasitəsilə əvvəlcədən sifariş edə biləcəklər.

Ən müasir tikinti texnologiyalarından istifadə olunaraq inşa edilməkdə olan binada İsveçrənin dünyaca məşhur lift və eskalator istehsalçısı olan “Schindler Group” liftlərindən istifadə olunacaq. Ümumi sayı 6 ədəd olan geniş liftlər sürətini saniyədə 2 metrə çatdıraraq öz rəqiblərini geridə qoyur. Hər mərtəbəyə xüsusi çıxışı olan və özüyuyulan zibil boruları isə xüsusi vakum və avtomatlaşdırılmış kimyəvi təmizləmə sisteminə sahibdir. Binada həmçinin, Almaniyanın dünyaca məşhur REHAU pəncərələrindən istifadə olunacaq. Daxili tempraturu yüksək səviyyədə qoruyan bu pəncərələr açıq havanın maneəsiz görüntüsünü təmin edir. Kondisionerlərin motoru üçün nəzərdə tutulmuş xüsusi servis eyvanları isə satış sahəsinə daxil olmadan bütün mərtəbələrdə istifadəyə veriləcək. Binanın tikintisində ATKINS layihəsinin tələblərinə uyğun olaraq Avropa standartları tətbiq olunduğundan bünövrə altında 600 svaydan istifadə olunur. Svay sayının binanın ümumi yükündən 80 % daha çox ağırlığa uyğun olaraq hesablanması, zəlzələ və ya digər fövqəladə hallarda seysmik davamlılığı müvafiq dərəcəyə yüksəldir. Havalandırma xüsusiyyəti olan fasad örtüyündə kimyəvi qatqısız preslənən daş yunundan istifadə olunur. Bu cür fasad örtüyünün nəm tutmaması və yüksək buxar keçiriciliyi divarların diffuziya müqavimətini artırır və nəfəs almasına şərait yaradır. Binada gücləndirilmiş yanğın təhlükəsizlik sistemi də fəaliyyət göstərəcək. Belə ki, hər qüllədə 2 yanğın çıxış pilləkəni, bütün mərtəbələrdə yanğın söndürmə və tüstüsovurma sistemi, avtomatik yanğın xəbərverici qurğular və binanın bütün nöqtələrini 24 saat izləyən müşahidə kameraları sakinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə qorunmasını təmin edir.

Ümumilikdə 83408 m2 ərazini əhatə edən layihənin sadəcə 30 %-i yaşayış sahəsinə aiddir. Geri qalan digər ərazilər isə sakinlərin ehtiyaclarını və komforunu təmin etmək üçün planlaşdırılan müxtəlif təyinatlı xidmət sahələri üçün ayrılmışdır. “Hünər Qüllələri”nin ikisi yeraltı, ikisi yerüstü olmaqla dörd mərtəbəsi ümumi istifadə üçün nəzərdə tutulmuşdur. 2 yeraltı mərtəbədə 10000 m2 ərazi ümumi qaraj sahəsi və sakinlərin istifadəsinə veriləcək fərdi depolar üçün hesablanmışdır. 3-cü mərtəbədən etibarən başlayan və hər mərtəbədə 5 ədəd olmaqla ümumilikdə 168 premium mənzil və 2 penthouse ən müasir dizaynla və tam təmirli şəkildə müştərilərinə təqdim ediləcək. Mənzillərin tam təmirli təqdim edilməsi sakinləri əlavə qayğıdan, maddi və zaman itkisindən, həmçinin təmir prosesinin səs-küyündən uzaqlaşdıracaqdır. Peşəkar heyət, müasir texnologiya, yüksək keyfiyyətli və brend markalı tikinti materiallarından istifadə olunması layihənin zəmanətlə təhvil verilməsini təmin edir. Premium mənzillər tam təmirli və ən nəfis dizaynla, 30 % ilkin ödəniş və 36 ayadək faizsiz kreditlə müştərilərinin yolunu gözləyir. “Hünər Qüllələri”ndən mənzil almaq istəyən hər bir kəs ofisimizə yaxınlaşaraq həm alacağı mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola biləcəklər. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir. Siz də “Hünər Qüllələri”ində premium mənzillərə sahib olmaqla xidmətlərimizdən yararlana bilərsiniz.

Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.
Telefon: (012) 409 00 44
(050) 409 00 44
14.12.2018 11:44:00
Oxuma sayı: 785