ABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi
Ölçü:


ABŞ Senatı Earle D.Litzenbergerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib. Onu bu vəzifəyə Prezident Donald Trump irəli sürmüşdü.

Koordinat.az
xəbər verir ki, indiyədək Litzenberg Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir.

Yeni səfir fransız, rus, serb-xorvat və bolqar dillərini bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı eks-səfiri Robert Sekuta bu ilin mayında diplomatik missiyasını başa vurub.

 
 
14.12.2018 09:22:00
Oxuma sayı: 328