Yaponiya Çinlə danışıqları dayandırır
Koordinat.az xəbər verir ki, Pekin Tokionu yapon tərəfinin imtina etməyə hazırlaşdığı siyahıda Çin firmalarının məhsullarının yer almamasına çağırır. Yaponiya hökuməti növbəti maliyyə ilindən başlayaraq, satınalmalar zamanı milli təhlükəsizlik maraqlarının əsas götürülməsi barədə qərar qəbul edib. Bu qərar kiberhücumlar nəticəsində informasiya sızmalarının qarşısını almaq məqsədi daşıyır.
Yaponiya hökuməti bildirir ki, qərar hər hansı bir konkret firmanı nəzərdə tutmur. Buna baxmayaraq, Çinin “Huawei” və “ZTE” şirkətlərinin məhsullarının qadağan edilən siyahıda yer alacağı güman olunur.
ABŞ Prezidenti Donald Trampın administrasiyası da bu iki şirkətin məhsullarının dövlət müəssisələri tərəfindən istifadəsinə qadağa qoyulmasını planlaşdırır.
12.12.2018 15:17:00
Oxuma sayı: 485