Anar Bağırov: "Şahbaz və Dilqəmlə bağlı Avropa Məhkəməsində müsbət nəticə əldə oluna bilər"
Ölçü:


Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir.

Koordinat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, Avropa məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: “Artıq bu fakt Avropa Məhkəməsində tanınıb”.

A.Bağırov qeyd edib ki, həm dövlət, həm də ictimaiyyət bu məsələni diqqətdə saxlayır: “Bu, bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir”.
12.12.2018 12:34:00
Oxuma sayı: 387