Çavuşoğlu Bakıya gəlir
Ölçü:


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Koordinat.az-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. B ildirilir ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də keçiriləcək İclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq: “Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində regional gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək”.
12.12.2018 11:49:00
Oxuma sayı: 332