Həmsədrlər cəbhədə insidentlərin azalmasını alqışladı
Ölçü:



ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq veriblər.

Koordinat.az
"Report"a istinadən xəbər verir ki, bu barədə Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.

Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar.
06.12.2018 17:40:00
Oxuma sayı: 97