Qazaxda piyadanı vuran sürücü saxlanıldı
Ölçü:



Qazaxda piyadanı vuran sürücü saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.
 

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
06.12.2018 18:30:00
Oxuma sayı: 288