Rusiyalı ekspert: “İran bu addımı atsa..."
Ölçü:


“Əgər İran Hörmüz boğazını bağlasa bu, Tehrana qarşı müharibə elan etmək üçün səbəbə çevriləcək. İrana qarşı dərhal dünya koalisiyası qurulacaq”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Vladmir Sajin prezident İran prezidenti Həsən Ruhaninin bununla bağlı verdiyi rəsmi bəyanatı şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, Tehran belə addım atsa nəinki idxalçı ölkələr, həmçinin neft alan dövlətlər də narazı qalacaq: “Texniki cəhətdən Hörmüz boğazını bağlamaq  çətin deyil. Ancaq siyasi baxımdan bu çox mürəkkəbdir. Dünyada tankerlə daşınan neftin 40 faizi Hörmüz boğazı ilə daşınır. Odur ki, İranın belə qərarı bütün dünyanın neft bazarı üçün qeyri-məqbul olardı”.

Sajinin sözlərinə görə, səudiyyə, Fars körfəzinin digər monarxiya üsul-idarələri və İraq öz neftini bu boğaz vasitəsi ilə daşıyır: “Hələ neft idxal edən ölkələrin, o cümlədən ABŞ və Britaniyanın buna reaksiyasının necə olacağını təsəvvür belə etmək olmur. ABŞ-ın çox da uzaqda olmayan yerdə – Bəhreyndə Beşinci donanmasının qərargahı var. Məlumdur ki, onlar buna imkan verməyəcəklər. Əgər baş versə belə artıq bu “casus belli” – müharibə elan etmək üçün səbəb sayılacaq”.

Ekspertin fikrincə, bu zaman İrana qarşı yaranacaq hərbi koalisiyaya ABŞ, körfəz ölkələri ilə yanaşı Britaniya və İsrail də qoşulacaq:  “Hörmüz boğazını bağlamaq cəhdi çox təhlükəli münasibətlərə gətirib çıxaracaq. Tehran belə qərarı heç vaxt verməyəcək. Bu, bütün dünyaya müharibə elan etmək deməkdir. Bundan əlavə bu gün ABŞ, İsrail, və bir neçə körfəz ölkəsindən başqa demək olar ki, bütün dünya İranı dəstəkləyir. Tehran bu addımı atsa o zaman bütün dünya ona qarşı olacaq. Odur ki, bütün bu sözlər boş hədə-qorxudur”.

Sajinin sözlərinə görə, Ruhani bu bəyanatı öz ölkədaxili elektoratı üçün səsləndirib.

 
06.12.2018 14:17:28
Oxuma sayı: 150