SOCAR Gürcüstan vətəndaşlarının borclarını ödədiyi barədə xəbərləri təkzib edir
Ölçü:


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Koordinat.az-ın məlumatına görə, SOCAR-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Gürcüstan vətəndaşlarının banklara olan borclarının bu şirkət tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil. Açıqlamada deyilir ki, uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır: “Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə Vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar”.

06.12.2018 13:46:00
Oxuma sayı: 141