ABŞ-ın sanksiyaları ruslara necə təsir edir? – sorğu
Ölçü:


Rusiya vətəndaşlarının 23 faizini ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar qətiyyən narahat etmir.

Koordinat.az
bildirir ki, bu barədə nufuzulu “Levada-Sentr” Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub. Rəyi soruşulanların 33 faizi isə bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onları “o qədər də narahat etmir”.

Sanksiyalardan son dərəcə narahat olanlar isə 20 faiz olub. Rəyi öyrənilənlərin 23 faizi isə “kifayət qədər narahat edir” variantı üzərində dayanıblar. Rəy sorğusu 22-28 noyabr 2018-ci ildə Rusiyanın 136 yaşayış məntəqəsində yaşayan 1600 vətəndaş arasında keçirilib.

 
06.12.2018 13:27:00
Oxuma sayı: 118