Yeni krizis gəlir?
Ölçü:


Niyə belə olmasının səbəbi hələ də tapılmayıb , amma hər krizisdən 1-1.5 il əvvəl gəlirlilik əyrisi (yield curve) inversiya edir, yəni uzunmüddətli istiqrazların gəlirliliyi qısamüddətli istiqrazlarınkından aşağı düşür, son 7 böhranın hamısında bu müşahidə edilib. Neçə aylıq düzləşmənin sonunda dünən ABŞ xəzinədarlıq istiqrazları əyrisinin bir parçası inversiya etdi -3 illik gəlirlilik 5 illiyi keçdi (3s5s), ardınca da 2s5s inversiya oldu, amma Asiya seansında düzəldi, 3s5s inversiyası isə stabilləşdi. Hələ bütün əyri inversiya etməyib, xüsusən də ən vacib hissə olan 2s10s, və 2007 krizindən sonra bu ilk inversiyadır. 

Hər krizdən öncə əyridə niyə inversiyanın yarandığı izah oluna bilmir, səbəbi hələ də məlum olmasa da inversiya artıq bir il sonra yeni krizin başlayacağının xəbərçisidir. İnversiya-krizis əlaqəsinin hansı yolla baş verdiyi naməlum olduğundan bu dəfə Fed-də bununla bağlı ikili fikir var. Fed-in əsas görüşünə görə inversiya qızıldan və digər ölkələrin risksiz aktivlərindən daha çox bu dəfə amerikan risksiz aktivlərinə yönəlmə ilə bağlı ola bilər, və yarım əsrdir inversiyanın ardınca krizis gəlsə də bu dəfə belə olmayacaq. (Həm də adətən birinci əyrinin 7s10s hissəsi inversiya olub) Bu hal da mümkündür, üstəgəl də əmək bazarı ilə inflaysiya arasındakı münasibət də əvvəllər tarixdə müşahidə olunmayan şəkildədir. İşsizlik sıfra yaxınlaşır, amma qəribədir ki əmək haqlarında artım sürətli deyil, nə əmək haqları, nə də inflyasiya, nə də ümumi faiz dərəcələri krizisöncəsi görüntü yaratmır. Ola bilsin əmək məhsuldarlığının sürətlə artması və texnologiyanın sürətli inkişafı belə anormal hal yaradıb, bəzi yanaşmalara görə neytral faiz dərəcəsi və normal inflyasiya əvvəlki onilliklərdən fərqli daha aşağıdır və Fed faiz dərəcələrini yalnış olaraq tez-tez artırır. 

Hər necədirsə, fakt dünən inversiya baş verdi və 50 ildir inversiyadan sonra niyə krizin baş verdiyini tapa bilən hələ də anasından olmayıb. Biri bunu tapsaydı, dünya da rahatlanardı, bilinərdi ki, 2020-nin əvvəlindən yeni dunya krizisi başlayır ya hələ yox.

Rafael A.
04.12.2018 19:39:44
Oxuma sayı: 219