Əhali bu il ərzağa 14,2 milyard manat xərcləyib
Ölçü:


2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Koordinat.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 15 mlrd. 623,8 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,239 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 2,7% üstələyib.
13.12.2017 13:14:00
Oxuma sayı: 153