Bütün məktəblərdə vahid geyim forması olacaq
Ölçü:


Azərbaycanda məktəblərdə vahid geyim forması tətbiq olunacaq.

Koordinat.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib. O qeyd edib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bu bütün məktəbləri əhatə etməyib: “Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanunda isə nəzərdə tutulub ki, məktəblərdə vahid məktəbli forması tətbiq olunsun”.

“Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
04.12.2018 11:27:13
Oxuma sayı: 167