Amerika və Avropadan gələn müəllimlər Bakıda seminara toplaşdı- FOTOLAR
Ölçü:


Dekabrın 1-də “Xəzər” Universitetinin Mərkəz Kampusunda Respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib.

Koordinat.az xəbər verir ki, Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti və Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda millət vəkilləri, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan təhsil işçiləri iştirak ediblər. Azərbaycan Milli Televiziya və Radio Şirkətinin əməkdaşı İlkin Babanın aparıcılığı ilə keçirilən tədbirin rəsmi hissəsində çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir müəllimin keyfiyyət meyarlarından bəhs edib. Millət vəkili Sona Əliyeva Azərbaycan dövləti tərəfindən həyata keçirilən təhsil strategiyasından danışaraq müəllimlərə uğur arzulayıb.

Professor, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri professor Ramiz Əsgər, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət seminarın əhəmiyyətini vurğulayaraq təhsilin keyfiyyətinin artırılmasında belə tədbirlərin zəruriliyindən bəhs ediblər.

 “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, dosent Nuğay Əliyev seminara gələn qonaqlara və müəllimlərə təşəkkür edib. O, bildirib ki, uzun illərdir təhsil sahəsində geniş fəaliyyət göstərən Cəmiyyət sözügedən seminarı təşkil etməklə müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək olmağı hədəfləyir.

Sonra tədbir təlimçilərin çıxışları ilə davam etdirilib. Phd. Araz Zeyniyev (ABŞ), Stefanie Matzer (Avstriya), Günay Hüseynzadə (Azərbaycan), Chen Xiaozhen (Çin), Elvin Əliyev (Azərbaycan), Ceren Evcen (Türkiyə), Arzu Soltan (Azərbaycan), Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin İnklüziv təhsil mütəxəssisi Fərid Süleymanov və Təhsil Nazirliyi Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət müxtəlif mövzularda dünya təhsil sistemində tətbiq edilən müasir metodlardan və təlim üsullarından bəhs ediblər.

Sonda bildirilib ki, seminara qatılanlar Azərbaycan müəlliminin nüfuzunun daha yüksəkdə olduğunu və müəllim adının müqəddəsliyini iştirakları ilə real göstərmiş olduqlarından cəmiyyətimizin uğurlu inkişafına böyük ümidlər var.

Seminarda Bakı Avrasiya Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri təşkilatçılara könüllü qismində dəstək veriblər.






03.12.2018 16:10:48
Oxuma sayı: 576