Kəlbəcərli seçicilər üçün növbəti qəbul keçirilib - FOTO
Ölçü:


"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə davamlı görüşlər keçirilir və onların problemləri dinlənilir.

Koordinat.az xəbər verir ki, deputatın tapşırığına əsasən, növbəti qəbul bu gün keçirilib. Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən, iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və digər məsələlərlə bağlı olub.

Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyi söylənilib. Qeyd olunub ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Həbib Misirov bildirib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.

Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib.

Xatırladaq ki,budəfəki qəbulda 62 nəfər seçici iştirak edib.
07.11.2017 19:24:00
Oxuma sayı: 530