Poroşenko Saakaşviliyə baş nazir postunu təklif edibmiş
Ölçü:


Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili prezident Pyotr Poroşenkonun ona baş nazir postunu təklif etdiyini yazıb.

Koordinat.az
xəbər verir ki, o bu barədə “Zik” telekanalına müsahibəsində deyib: “Poroşenko tez-tez Arseniy Yatsenyuka işarə edirdi ki, növbəti baş nazir mən olacam. Bundan xəbər tutanda Poroşenkoya “Pyotr Alekseeviç, doğurdan bunu söyləmisiniz?”-deyə sual verdim və o cavabında “Niyə də yox?” cavabını vermişdi”.

Saakaşvili bu təkliflə razı olmadığını da prezidentin diqqətinə çatdırıb. Mixail Saakaşvili Ukraynanın baş naziri olmağa hazır olduğunu dilə gətirib.

 
13.12.2017 10:48:00
Oxuma sayı: 702