ABŞ neft istehsalçılarına təzyiqi artırır
Ölçü:


Neft qiymətləri noyabrın 28-də düşməkdə davam edib. Bunun ən mühüm səbəblərindən biri də ABŞ-da neft anbarlarındakı neft həcmlərinin 10-cu həftədir ki, qalxmaqda davam etməsi olub.

Koordinat.az xəbər verir ki, bu barədə CNBC yazır. Məlumata görə, neft bazarı Səudiyyə başda olmaqla OPEC ölkələrinin gələn həftə keçiriləcək görüşünün nəticələrindən nigarançılıq keçirir. Səudiyyə Ərəbistanı noyabrın 28-də bəyan edib ki, o, neft hasilatını tək ixtisar etmək niyyətində deyil. Nigeriya da hasilatı azaldacağını vəd etməyib.

Noyabrın 28-də ABŞ neftinin qiyməti 1,27 dollar və ya 2. 5 faiz düşərək bir barrel üçün 50, 29 dollar olub. Brent markasından olan neftin qiyməti 1, 05 dollar və ya 1, 7 faiz ucuzlaşaraq bir barrel üçün 59, 16 dollara düşüb. ABŞ-ın neft anbarlarındakı ehtiyat noyabrın 23-dən başlayan həftə ərzində birdən birə 3, 6 milyon barrel artıb.

Konnektikutdakı Tradition Energy bazar araşdırmaları firmasınnın vise-prezidenti Gene Makdilian deyib ki, bazar hələ də izafi neftin yığıla biləcəyindən narahatdır. Brent markasından olan neftin qiyməti oktyabrın əvvəllərində son dörd ilin ən yüksək həddinə – bir barrel üçün 86 dollara qalxmışdı, lakin daha sonra 30 faiz düşdü.

Təhlilçilər deyirlər ki, neft qiymətlərinin oktyabrdan bəri düşməsi 2008-ci ildəki kəskin enişi xatırladır və 2014-2015-ci illərdəki enişdən daha kəskindir.

PVM neft brokeri firmasından Stefan Brennok deyir ki, OPEC-in gələn həftə keçiriləcək iclası qeyri-müəyyənlik dumanına bürünüb.

OPEC və Rusiya dekabrın 6-da görüşməlidir. Hasilatçılar hasilatın 1 milyon barreldən 1, 4 milyon barrelədək azaldılmasını müzakirə edirlər. Ekspertlər bildirirlər ki, OPEC neft qiymətlərinin enişini dayandırmaq üçün 2019-cu ilin əvvəllərindən hasilatın ixtisarına getməlidir.

OPEC-in Vyana görüşündən əvvəl neft qiyməti siyasəti məsələsi G20 qrupunun Argentinada keçiriləcək sammitində də müzakirə oluna bilər.

Bu arada Rusiya prezidenti Vladimri Putin deyib ki, 60 dollar civarında qiymətlər onun ölkəsi üçün tamamilə qənaətbəxşdir.

“Bloomberg” saytının yazdığına görə Putin deyib ki, Moskva lazım gələrsə neft bazarının stabilləşdirilməsi üçün OPEC-lə işləməyə hazırdır. İki həftə əvvəl Putin Rusiya üçün 70 dolların qənaətbəxş olduğunu demişdi.

Rusiya prezidenti OPEC və qeyri-OPEC ölkələrinin bundan əvvəlki razılaşmalarını, xüsusilə də Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təqdir edib: “Bu Səudiyyə Ərəbistanı və onun vəliəhd şahzadəsinin nailiyyətidir. Bu addımın təşəbbüsçüsü odur və yaxşı nəticələrə gətirib çıxarıb”. (Azadlıq radiosu)
29.11.2018 09:54:00
Oxuma sayı: 395