Səhiyyə Nazirliyindən icbari tibbi sığorta barədə
Ölçü:


Ölkədə icbari tibbi sığortanın tətbiqi şəraitində Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən səhiyyə sisteminin növbəti illərdə inkişaf istiqamətlərinə dair hazırlanmış təkliflər İcbari Tibbi Sığorta Agentliyinə (İTSA) göndərilib.

Agentlikdən Koordinat.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən ATSA-ya təqdim edilmiş Yol Xəritəsi Azərbaycan Respublikasının növbəti illər ərzində səhiyyənin inkişaf perspektivlərini və fəaliyyət istiqamətlərini özündə əks etdirir. Bildirilir ki, əhalinin sağlamlığının qorunması məqsədini daşıyan bu islahatlar icbari tibbi sığorta sistemi ilə uzlaşdırılmalıdır: “Yol Xəritəsində əks olunan ilkin səhiyyə xidmətində (İSX) əhatə olunan tibbi xidmətlərin həcminin tədricən genişləndirilməsi və İSX-nin gücləndirilməsi, elektron səhiyyə monitorinq və qiymətləndirmə proqram təminatının yaradılması və əhalinin səhiyyə ilə bağlı məlumatlara əlçatanlığının artırılması məqsədi daşıyır. Səhiyyə kommunikasiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət istiqamətləri gələcəkdə icbari tibbi sığortanın uğurla tətbiqinə zəmin yaradır”.
 
28.11.2018 16:56:00
Oxuma sayı: 200