General Samvel Babayan: “Ermənistan əraziləri qaytarmağa hazırdır”
Ölçü:


Aprel döyüşlərindən sonra Moskvadan Yerevana qayıdan erməni general Samvel Babayan Ermənistan hökumətinin işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmağa hazır olduğunu bildirib. Rəsmi Yerevan bununla bağlı Moskvada keçirilən görüşlərdən sonra erməni ictimaiyyəti arasında təbliğat aparmağa başlayıb.

Koordinat.az xəbər verir ki, bunu Samvel Babayan 7or.am saytına müsahibəsində bildirib.  “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında o, dediklərini təsdiqləyən general deyib ki, Serj Sarkisyan hökuməti nəinki ərazilərin qaytarılmasına, eləcə də başqa güzəştlərə hazırdır. Onun sözlərinə görə, Ermənistan artıq xarici təzyiqlərə davam gətirmək imkanında deyil: “Biz artıq müqavimət göstərə bilmirik və istər Azərbaycan tərəfinə, istərsə də Minsk Qrupunun həmsədrlərinə “hə” deyən obyektə çevrilmişik".

Samvel Babayan onu da bildirib ki, 2008-ci ildən sonra erməni tərəfi Qarabağ məsələsində çox ciddi güzəştlərə hazır olub: "Bunlardan birincisi Laçın rayonunun “Laçın dəhlizi”inə çevrilməsidir. İkincisi, azərbaycanlı qaçqınların Şuşa və Laçına qayıtmasına razılaşıblar. Üçüncü Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsi qeyri-müəyyən müddətə təxirə salınır. “Yəni biz 1988-ci ildəki vəziyyətə qayıdırıq”.

Erməni genarl əlavə edib ki, Sarkisyan hökuməti üçün bu arzuolunmaz variantın qarşısını ancaq Azərbaycan prezidenti İlham Əliyevin işğal olunmuş rayonların hamısını, o cümlədən Şuşanı birdən geri almaq istəyi alır: “Yəni Azərbaycan tərəfi 7 yox, 12 rayonun hamısını birdən istəyir. Bundan başqa Azərbaycan kimin olursa-olsun, sülhməramlıların yerləşdirilməsinə qarşıdır. Ermənistan isə razılaşmağa meyllidir”.

22.08.2016 23:55:17
Oxuma sayı: 824