Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Wi-Fi layihəsinin icrasına başlayıb
Ölçü:



Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihənin icrasına başlayıb.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a verilən xəbərə görə, sözügedən layihəyə əsasən, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və Fəvvarələr meydanı ərazilərini ictimai Wi-Fi şəbəkəsi ilə təmin ediləcək.

"Layihələndirmə işləri artıq başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq", - deyə nazirlikdən bildirilib.

İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini, şəhərin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. Layihənin ilkin mərhələsi üçün əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.
22.08.2016 15:37:48
Oxuma sayı: 604