Paşinyan: "Biz kimə bel bağlayıb-bağlamayacağımızı..."
Ölçü:


“Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir”.

Koordinat.az
xəbər verir ki, bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib: “Son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı, nəhayət, ayırd etməliyik”.

N.Paşinyan deyib ki, “Müqaviləyə əsasən Ermənistanın müttəfiqi sayılan bəzi ölkələrin bizə o qədər də dost olmayan qonşumuza silah satmaları bir qədər müəmmalıdır… Bu məsələni müttəfiqlərimizlə müzakirə etməyi səmimi qəlbdən istərdik” (TAAS).

Xatırladaq ki, son vaxtlar Ermənistan iqtidarı Azərbaycanla Belarusun yüksələn strateji müttəfiqliyindən ciddi narahat olmağa başlayıb. Bu narahatlıq  Azərbaycan prezidentinin Minskə son səfərindən sonra pik həddə çatıb.
27.11.2018 14:43:00
Oxuma sayı: 467