TV və radio yayımı yenə dayandırılacaq

Koordinat.az xəbər verir ki,bu barədə "Trend"ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub. Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-i, üçüncüsü isə sentyabrın 3-də keçirilib.
27.11.2018 12:11:00
Oxuma sayı: 676