Komitə sədri “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Koordinat.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilb.
Xatırladaq ki, Abbas Ələsgərov 2007-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir.
12.12.2017 18:43:41
Oxuma sayı: 1233