Qazaxıstanlı naziri: “KTMT-yə üzvlük Azərbaycanın iradəsindən  asılıdır”
Ölçü:


“Nəzərə alsaq ki, qardaş Azərbaycan münaqişə vəziyyətindədir, demək mümkündür ki, istənilən  ölkənin  regionda təhlükəsizliyi, sülhü, əməkdaşlığı möhkəmləndirmək üçün qəbul edəcəyi addımlar əhəmiyyətlidir”.

Koordinat.az xəbər verir ki, bunu 1news.az-a Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) nümkün üzvlüyü barədə danışarkən deyib. O bildirib ki, hər şey suveren ölkənin istəyindən və iradəsindən  asılıdır: “Hər hansı bir təşkilata üzvlük ölkənin suveren hüququdur. Yəni, hər şey suveren ölkələrin özündən asılıdır. Təəssüf ki, bütün Qafqaz ölkələri hamısı zaman-zaman münaqişəyə cəlb olunublar. Qazaxıstan  bu ölkələrə dost, qardaş  münasibət bəsləyir və istənilən qarşıdurmanın əleyhinədir. Bizim mövqeyimiz belədir ki, bütün məsələlər sülh, qarşılıqlı anlaşma, etimad və razılaşma əsasında  həllini tapsın. Qazaxıstan beynəlxalq təşkilatlar və KTMT çərçivəsində bunun üçün bütün səyləri göstərir”.

Dekabrın 6-da Sankt Peterburqda KTMT baş katibinin seçilməsinə dair görüşə gəlincə, XİN rəhbəri baş katiblə bağlı qərarın üzv dövlətlər arasında normal ruhda, qarşılıqlı hörmət əsasında qəbul ediləcəyinə əminliyini ifadə edib.
26.11.2018 14:21:00
Oxuma sayı: 388