Komitə sədri insanları virtual aləmdən uzaqlaşmağa çağırır
Ölçü:


Hazırda Azərbaycanda sığnacaqların, ailə psixoloqlarının fəaliyyətinə ehtiyac var”.

Koordinat.az
xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadınlara və Qızlara qarşı zorakılığa son” 16 günlük fəallıq Kampaniyasına həsr olunan konfransda deyib. O bildirib ki, Dövlət Komitəsi ailə dəyərlərinin gücləndirilməsi, gənclərin düzgün tərbiyə olunması üçün uşaq, gənc və valideynlərlə birgə görüşlər keçirir: “Nümunəvi təcrübəsi olan yaşlı insanlarla gənclərin disskusiyalarını təşkil edirik. “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində ailələri kitab oxümağa, həmin əsərləri müzakirəyə dəvət edirik və bu, insanlar tərəfindən böyük maraqla qarşılanır. Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar. Onda insanlar bir daha əmin olcaqlar ki, bizim əxlaqi – mədəni dəyərlərimiz çox yüksəkdir. Bunu gənclərimizə, böyüməkdə olan nəslə düzgün ötürməliyik. Hamılıqla çalışmalıyıq ki, zorakılığa qarşı mübarizə aparaq, bu işlər doğru istiqamədə aparılmalıdır”.

H.Hüseynovanın sözlərinə görə, gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb, lakin hələ də qarşıda görüləsi işlər var: “Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik. Bütün dünyada etiraf edilir ki, qadınlara qarşı zorakılıq halları insan hüquqlarının tam şəkildə həyata keçirilməsinə əsas maneələrdən biridir. Əlbəttə ki, bu da onların cəmiyyətin inkişafında iştirakına, öz töfhələrini vermələrinə əngəl yaradır. Lakin unutmayaq ki, qadınlar cəmiyyətin yarısını təşkil edir və bu problemi aradan qaldırmadan, biz Azərbaycan 2020 İnkişaf Kosepsiyasına və Dayanıqlı İnkişaf üçün 2030-cu ilə qədər nəzərdə tutulan məqsədlərə heç zaman nail ola bilmərik”.
26.11.2018 10:42:11
Oxuma sayı: 33123