“Judo Club 2012”nin uğur hekayəti - əməkdar məşqçi danışır
Ölçü:


Noyabrın 21-22-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında keçirilən çempionat “Judo Club 2012” üçün uğurla başa çatıb. Belə ki, cempionatda klubun yetirmələrindən 2-si çempionatın qızıl, 2-si gümüş, 1-i bürünc medalını qazanıb. Komanda hesabında isə “Judo Club 2012” respublika üçüncüsü olub.

“Judo Club 2012” respublika birinciliyində əldə etdiyi nəticələr klubun məşqçisi, idmançıların sevimli müəllimi Tərlan Həsənovun ürəyincədir. Azərbaycanda cüdo idman növü üzrə ilk məşqçlərdən biri kimi tanınan əməkdar məşqçi Tərlan Həsənov yetirmələrinin bu yarışlarda qazandığı nailiyyətlərlə bağlı təssüratlarını Koordinat.az-a açıqlayıb: “Bu çempionatda “Judo Club 2012”nin yetirmələrinin nəticələri gözlədiyimizdən də artıq  oldu. Cünki bu yarışlarda üstünlük qazanan idmançılarımızın hamısı bir neçə kriteriya üzrə ilkə imza atdılar. Yetirmələrimizdən biri -  81 kq çəki dərəcədə güləşən Murad Fətiyev 1-ci dəfə kişilər arasında Azərbaycan cempionu oldu. Mən onunla 4 yaşından məşğul oluram, bu gün onun 19 yaşı var. İndiyədək gənclər arasında 2 dəfə Avropa mükafarcısı olub. Baxmayaraq ki, hələ gəncdir, 81 kq çəki dərəcəsinə cəmi yarım ildir keçib, keçən ilədək 73 kq çəki dərəcəsində güləşirdi”.

Tərlan Həsənov ötən il Avropada gənclər arasında 2-ci yerə çıxmış Muradın Azərbaycana gümüş medalla, bu il isə 81 kq çəki dərəcəsində 3-cü yerin qalibi kimi qayıtdığını xatırladır: “Onun birinci dəfə kişilər arasında keçirdiyi yarışlar çox uğurlu oldu. Çünki Murad yarımfinal görüşünə tanınmış cüdocu, Azərbaycanın fəxri idmançısı, Rio Olimpiadasının (2016) gümüş medalçısı, dünya ikincisi və Avropa cemponu Rüstəm Orucovla çıxmışdı. Onun Bakıda keçirilən bu yarışlarda Rüstəmlə finala çıxmaq uğrunda keçirdiyi yarış çox çətin bir görüş idi. Amma Murad bu yarışda öz gücünə və inamına güvənirdi və o, Rüstəm Orucova qalib gəlməyi bacardı. Final görüşündə isə Murad Fətiyev özündən təcrübəli idmançını – dəfələrlə kişilər arasında respublika mükafatçısı olmuş Afiq Səfərlini məğlub etdi”.

Təcrübəli müəllim Murad Fətiyevin gələcəyinə inanır, onun dünyada məşhur cüdoçu böyük qələbələr əldə edəcəyini görür. Tərlan Həsənovun fikrincə, Murad öz üzərində işləsə, yaxın gələcəkdə kişilər arasında dünya səviyyəli idmançı olacaq.

Xatırladaq ki, bu yarışlarda Muradın məğlub etdiyi ikiqat avropa çemionu Şamil Tskayev (Çeçenistan)  3-cü yerə layiq görülüb. Həmin çəki dərəcəsində 2-ci yeri isə Araş Ağayev (İran) tutub.  

Noyabrın 21-22-də keçirilən çempionat “Judo Club 2012”nun daha bir yetirməsi 63 kq dərəcəsində qalib olub. Balakən rayonundan olan Diana Şoranova görüşün son 15 saniyəsində ustalıqla rəqibinə qalib gəlməyi bacarıb. Halbuki o, həmin yarşda yüngül xəsarət də almışdı.

“Diana da gənclərdən gəlmiş idmançıdır, o, gənclər arasında respublika çempionu olub. Sonuncu yarışda əldə etdiyi qələbə isə böyüklər arasında keçirdiyi yarışda ən böyük nəticəsi hesab olunur. Onun cüdoya çox böyük marağı və hörməti var. Kasıb bir ailədəndir, bizim klubda məşq etmək üçün rayondakı evlərini satıb Bakıda kirayə yaşayırlar. Diananı 3 ildir ki, mən çalışdırıram, onun bu çempionatdakı nəticəsinə çox sevinirəm” – deyə, tanınmış məşqçi əlavə edir.

“Judo Club 2012”nin daha bir yetirməsi Aida Baxışova da çempionatda 2-ci yerə çıxıb. O, bu yarışda 70 kq dərəcəsində çıxış edirdi. Aida xanım bir müddət əvvəl yaşlı idmançılar arasında  3-cü yerə layiq görülmüşdü. Bu dəfə isə o, əslən Dağıstandan olan rusiyalı idmançı ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən yarışda Aida Baxışova Avropada 3-cü yeri tutmuş rəqibini məğlub edib.

Gənclər arasında beynəlxalq yarışların mükafatçısı Nurlan Osmanov isə 66 kq çəki dərəcəsində tanınmış cüdoçu Nicat Şıxəlizadəyə qalib gələrək respublika birincliyinin bürünc mükafatına layiq görülüb.

Cüdo üzrə kişilər və qadınlar arasında keçirilən çempionatda “Judo Club 2012”nin ağır çəkili idmançısı Hüseyn Məmmədov da çıxış edib. Bu yarışda 120 kq dərəcəsində meydana atılan Hüseyn iki görüşdə qalib gəlib, 3-cü görüşdə isə tanınmış idmançı Şahin Qəhrəmanova uduzub.  Hüseynin rəqibi noyabrın 19-da Tbilisidə keçirilən beynəlxalq turnirdən qızıl medalla qayıtmışdı.

Əməkdar məşqçi Tərlan Həsənov inamlı tələbələrindən olan Hüseynin hələ çox uğurlar qazanacağı qənaətindədir: “Hüseyin mənim güvəndiyim tələbələrimdən biridir. O, hələ yeniyetmədir, gələn il də yeniyetmə kimi yarışlara qatılacaq. Mən inanıram ki, onun da gələcəyi çox parlaq olacaq”.

Tərlan Əhmədov yetirmələrinin yerli və beynəlxalq səviyyəli yarışlarda əldə etdiyi nailiyyətləri klub rəhbərliyinin bu idman növünün Azərbaycanda inkişafına və cüdoçulara göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirir.  O, “Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta veteranlar arasında dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, əməkdar idman ustası Azər Əsgərovun əməyini xüsusi qeyd edir: “Bizim yetirmələrimizin bu cür yarışlarda böyük üstünlük qazanması “Judo Club 2012”nin qayğısının nəticəsidir. Klubun rəhbəri Azər Əsgərov cüdoçularımızın nailiyyət qazanması üçün mümkün olan hər şeyi edir. Azər müəllim özü burada olmasa da (sonuncu cüdo yarışlarının keçirildiyi günlərdə Azər Əsgərov xaricdə idi red.) ürəyi bizimlədir, gün ərzində bir neçə dəfə zəng edərək idmançılarımızın göstərdiyi nəticələrlə maraqlanır. Rəhbərliyin diqqət və qayğısı idmançılarımızın gücünə güc qatır. Ona görə də bizim yetirmələrimiz bu cür yarışlarda böyük üstünlük qazanır, komandaya medallar gətirir”.

Xatırladaq ki, “Judo Club 2012” 21 yaşadək olan gənclər (U-21) arasında cüdo üzrə  “Raquf Orucov Kuboku” ənənəvi beynəlxalq komanda turnirinin təşkilatçısıdır. Turnir 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancaına həlak olmuş əfsanəfi kəşfiyyatçı Raquf Orucovun və onun şəhid silahdaşlarının xatirəsinə həsr olunur. Klub rəhbərliyi həm də Azərbaycan Kikboksinq Federasiyasının  Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr etdiyi turnirə dəstək verib.

24.11.2018 13:41:10
Oxuma sayı: 544