Rusiyalı deputatlar Bakıya gələcək
Ölçü:


Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilin sonunadək Azərbaycana səfər edəcək.

Koordinat.az
xəbər verir ki, "RİA Novosti”nin yaydığı məlumata görə, bunu Dövlət Dumasının Rusiya Kommunist Partiyasından olan vitse-spikeri İvan Melnikov deyib. O bildirib ki, nümayəndə heyətinin Azərbaycanla yanaşı daha 6 ölkəyə səfəri gözlənilir.

Səfərin dəqiq tarixi açıqlanmayıb.
07.11.2017 17:59:00
Oxuma sayı: 1369