Neft 55 dollara qədər ucuzlaşsa...
Ölçü:


"Neftin 55 dollara qədər ucuzlaşması nə ödəmələr balansı, nə də büdcə baxımından ciddi risk yaratmır".

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O qeyd edib ki, bu qiymət səviyyəsində yalnız hökumətin Neft Fonduna gələn il üçün planladığı 3 milyard manata yaxın yığım mümkün olmaya bilər - yəni ən pis variantda Neft Fondunun gələn ilki gəlirləri tamamilə xərclənər: "Neftin büdcədəqiymətinin 50 dollardan götürülməsi riskli həddir. Bu nöqtədə hökumət 2015-cii ildə olduğu kimi Neft Fondunun ehtiyatlarını büdcəyə cəlb etməmək, büdcədə balansı təmin etmək üçün dövlət büdcəsinin xərcləri ən azından 2 milyard manat ixtisar etməli olacaq. Ya da ehtiyatlara əl atmaq lazım gələcək".

Rövşən Ağayev hesab edir ki, neftin 50 dollaradək ucuzlaşması ölkənin ödəmələr balansında tarazlığı qorumaq üçün də yetərli deyil: "Bu hədd Mərkəzi Bankın bazara daimi müdaxiləsi üçün siqnalın başladığı nöqtədir".
23.11.2018 13:04:00
Oxuma sayı: 358