Kreml üzərində 3 nəfərin müəmmalı uçuşu FTX açıqlamaq istəmir - VİDEO
Ölçü:


Rusiyada Kremlin üzərindən 3 nəfərin vertolyot bağlanmış iplə daşınması görüntüləri ölkə gündəminə düşüb.

Koordinat.az
xəbər verir ki, vertolyot bir müddət sonra 3 nəfəri yaxınlıqdakı bir nöqtəyə düşürüb. Görüntülər sosial şəbəkələrdən yayıldıqdan sonra aparılan şəxslərin kim olduğu və hansı məqsədlə aparıldıqları təəccüb doğurub.

Rusiya Federal Təhlükəsizlik Xidməti mətbuatın bu haqda suallarını cavabsız qoyub və açıqlama verilməyəcəyi bildirilib.

23.11.2018 11:32:05
Oxuma sayı: 356