Müsavat Partiyasında başqana yeni müavin təyin olundu
Ölçü:


Müsavat başqanı Arif Hacılının sərəncamı ilə Divan üzvü Razim Əmiraslanlı başqanın müavini vəzifəsinə təyin olunub.

Partiyanın mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Razim Əmiraslanlı 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. O, 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2011-2015-ci illərdə Müsavat Partiyası Səbail rayon təşkilatının sədri olub. 2013-cü ildən partiyanın təşkilat şöbəsinin müdiri, 2014-cü ildən Divan üzvüdür.

12.12.2017 15:27:00
Oxuma sayı: 1008