Maliyyə Nazirliyi 40 milyon manat da borclandı
Ölçü:


Dünən Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104012684 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Koordinat.az
xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.000%) və 94.1039 AZN (6.3000%) olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.7000%), orta ölçülmüş qiyməti 92.9934 AZN (7.5760%) müəyyənləşib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 113 391 200,00AZN, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi  19 noyabr 2020-ci  il. Hərrac iştirakçıları 21 noyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
21.11.2018 11:34:00
Oxuma sayı: 236