30 yaşlı kişi Bakı metrosunda reyslərin üstünə düşdü
Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında bir nəfər stansiya yoluna yıxılıb.
Bakı Metropoliteninin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb.
Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib.
12.12.2017 13:08:00
Oxuma sayı: 1129