BDU-ya rektor təyinatı barədə rəsmi açıqlama
Ölçü:


Bakı Dövlət Universitetinin mətbuat xidməti sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə məlumatlarla bağlı sorğunu cavablandırıb.

Koordinat.az
xəbər verir ki, bu təhsil müəssisəsinə rektor təyin edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, hazırda Bakı Dövlət Universitetinin rektoru vəzifəsini universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva icra edir.

Qeyd edək ki, sosial şəbəkələrdə Nәrgiz Paşayevanın BDU-ya rektor tәyin edilmәsi haqda xəbər yayılıb.
19.11.2018 15:59:00
Oxuma sayı: 477