2018-ci ildə Azərbaycan iqtisadiyyatı artacaq- BMT-nin proqnozu
Ölçü:


BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,8 faiz artacağını proqnozlaşdırır.

Koordinat.az xəbər verir ki, bu barədə təşkilatın İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir. Hesabata əsasən, 2017-ci ildə Azərbaycanın ÜDM-i 1 faiz azalacaq, 2019-cu ildə isə 2,3 faiz artacaq. Qeyd olunur ki, 2018-2019-cu illərdə ölkə iqtisadiyyatının bərpasına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanması da kömək edəcək.

BMT-nin 2018-ci ilə proqnozları Azərbaycan hökumətinin gözləntilərini üstələyir. Belə ki, hökumət 2018-ci ildə ÜDM-in real artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Hökumət 2017-ci ildə iqtisadi artımın 0,3 faiz səviyyəsində olacağını gözləyir.
 
12.12.2017 11:42:41
Oxuma sayı: 209