Sergey Şoyqu Bakıya niyə gəlmişdi?
Ölçü:


Rusiya Suriyadakı müxalifətini vurmaq üçün ilk dəfə İranın Həmədan hərbi bazasına strateji bombardumançı təyyarələri səfərbər edib.

Koordinat.az xatırladır ki, indiyədək Suriyada hava əməliyyatları üçün bombardman təyyarələri Rusiyanın cənubundakı Mozdok hərbi hava bazasından qalxırdı. Təyyarələr Moskva və Tehran arasında imzalanan anlaşma ilə İranın Həmədan hava bazasından qalxmaya başlayıb. Rusiyanın İranla  anlaşması nəticəsində rus təyyarələrinin Suriyadakı uçuş müddətini təxmini 60 faiz azaldacaq. Bununla da həm Kreml yanacağa qənaət edəcək, həm də hava hücumlarının təsiri artıracaq.

Rusiya mətbuatının yazdığına görə, bu ölkənin müdafiə naziri  Sergey Şoyqunun Bakıya son səfərinin əsas məqsədlərindən biri Xəzərdən Suriyaya zərbə endirmək üçün platsdarmın yaradılması olub. Sergey Şoyqu azərbaycanlı həmkarı ilə görüşündə Moskvanın Suriya məsələsində Bakı və Tehranın razılığı ilə Xəzərdə birgə hərbi əməliyyatlar barədə müzakirələr aparıb. Bildirilir ki, Rusiya Hələb şəhərinin terrorçulardan və müxalif qruplardan təmizlənməsi üçün həlledici, eyni zamanda irimiqyaslı əməliyyata hazırlaşır. Və bu əməliyyatda Xəzər dənizindən də istifadə edəcək. Artıq rəsmi Tehran da Rusiyanın bu istəyini müsbət cavablandırıb.

Xatırladaq ki,  indiyədək Mozdokdan havalanan TU-22M3 tipli strateji bombardumançı təyyarələri Palmiradakı hədəfləri vurmaq üçün 2150 km yol qət edirdi. Həmədandan  qalxan təyyarələr sadəcə 900 km məsafə uçacaq.
16.08.2016 10:52:31
Oxuma sayı: 516