Polis Əli Kərimli ilə Cəmil Həsənlini saxladı  - FOTO
Ölçü:


Bir müddət əvvəl Şəhidlərin Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

Koordinat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar. Əli Kərimli və onun tərəfdarları Milli dirçəliş günü ilə əlaqədar yürüş ediblər və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb. Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

17.11.2018 18:41:00
Oxuma sayı: 269