Bakı-Sumqayıt-Bakı qatarlarına əlavə heyət qoşulur
Ölçü:


Dekabrın 11-dən 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Koordinat.az-a verilən məlumata görə, məqsəd Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsidir:

“Qatarlar birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir” - deyə, bildirilir.
 
12.12.2017 11:12:45
Oxuma sayı: 776