Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət etdi
Ölçü:


Prezident İlham Əliyev və ailə üzvləri bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Koordinat.az xəbər verir ki, prezidentlə yanaşı Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.  Prezident İlham Əliyev ümummilli liderin məzarı önünə əklil qoyub,  Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.  Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Xatırladaq ki, bu gün dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
12.12.2017 10:50:40
Oxuma sayı: 875