Mixail Saakaşvili azadlığa buraxılıb
Ölçü:


Kiyevin Peçerski Rayon Məhkəməsi Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə bağlı qərar verib.

Koordinat.az
xəbər verir ki, müşavirədən qayıdan məhkəmə Mixail Saakaşvilinin məhkəmə zalından sərbəst buraxılması ilə bağlı qərarı elan edib.

Qeyd edək ki, Mixail Saakaşvili məhkəmədəki çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib: “Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm. Mən qorxmuram. Mən prezidentin necə işlədiyini göstərmişəm və necə öldüyünü də göstərəcəyəm. Əgər onlar məni həbsxanaya qaytarsalar, sona qədər ac qalacağam. Hər kəs biləcək ki, bu qətli kim törədib. Məni öldürə bilərlər, amma Ukrayna xalqının azadlıq hissini heç vaxt öldürə bilməyəcəklər".

Daha sonra Saakaşvili hakimin verəcəyi ədalətli qərarın Ukrayna xalqı üçün də önəmli olduğunu qeyd edib. 
11.12.2017 22:34:00
Oxuma sayı: 880