Qubad İbadoğlu: "Müsavatın qurultayında seçki saxtalaşdırılmasaydı..."
Ölçü:


“Mən sıravi müsavatçılara səslənmək istəyirəm. Əgər Müsavat Partiyasının güclənməsini istəyirlərsə, orda ilk növbədə partiyadaxili demokratiya olmalıdır, qərarların qəbulunda inhisarçılığa son qoyulmalıdır, alternativ və tənqidi fikirlər dinlənilməlidir”.

Koordinat.az
bildirir ki, bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu publika.az saytına müsahibəsində deyib. O, partiyada başqan seçkilərindən sonra məhşurlaşması barədə səslənən iddiaları rədd edib və bir daha seçkinin nəticələrinin saxtalaşdırıldığını deyib: “Mənim üçün əsas olan doğru bildiklərimi etməkdir, onu da həmişə etmişəm. Gördünüz ki, həqiqətən də Müsavat Partiyasının qurultayı ətrafında müzakirələr uzun çəkdi. Şübhəsiz ki, bunun başlıca səbəblərindən biri də qurultaya qədərki fəaliyyətim dövründə qazandğım nüfuz idi. Əgər başqanlığa namizəd olana qədər tanınmasaydım və namizəd kimi üstün olmasaydım, onda qurultayda seçki saxtakarlığına ehtiyac qalmazdı, hətta bu olsaydı da belə söhbətlər tez bitərdi”.

Qubad İbadoğlu deyib ki, əgər o zaman Müsavat başqanı seçilsəydi indiki rəhbər Arif Hacılıdan fərqli idarəçilik prinsipləri yürüdəcəkdi:  “Mən ilk növbədə partiyadaxili demokrtiyanı inkişaf etdirmək və müxalifətdaxili əməkdaşlığı genişləndirmək üçün daha açıq, şəffaf və ən başlıcası da səmimi siyasət aparardım. Bütün qapıları gənclərin üzərinə açardım. Xarici əlaqələri genişləndirib, proqramlar və konsepsiyalar yolu ilə gələcək üçün inkişaf platformaları yaradardım”. 
11.12.2017 18:06:00
Oxuma sayı: 718