“Qarabağ” Ukraynadan qələbə ilə geri döndü
Ölçü:



“Qarabağ” – “Vorskla” oyununun 50-ci dəqiqəsində yerli azarkeşlər meydana pirotexniki vasitələr atıb. Bu səbəbdən  hakimlər görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.  Oyun bir neçə dəqiqədən sonra davam etdirilsə də, 64-cü dəqiqədə yenidən meydana pirotexniki vasitələr atılıb. Bu dəfə hakim futbolçuları paltardəyişmə otaqlarına yollayıb. Stadiondan tüstü çəkildikdən sonra komandalar meydana qayıdıblar.

İtirilən vaxta görə, hakimlər ikinci hissəyə 12 dəqiqə  əlavə edib.

Oyun “Qarabağ”ın 0:1 hesablı üstünlüyü ilə başa çatıb. Bununla da “Qarabağ” qrupda ilk 3 xalını qazanıb.
09.11.2018 09:24:00
Oxuma sayı: 246